تبليغاتX
آذربایجان رقص لری/Azerbaijan dance - Azerbaijan dance Post (4): Dances part1
 

 

Salam, hörmətli və dəyərli qonaqlarımız, öz veblaqıza (səhifənizə) xoş gəlibsiz. O gündən ki internetde ana yurdumuzun gözəl rəqsləri sahəsində geniş bilgi tapa bilmədim, bu sahifəni qurmaq əsas məqsədim oldu. Hal hazırda qulluquzdayam. Əksik notalar varsa sevinclə eşidməyə hazıram. Əlizdə qaynaqı bəlli olan bilgilər varsa   hamılıqca bərabər paylaşaq. Ənənələrimizi biz qorumasaq bas kim qoruyacaq?

 

سالام، حورمتلی و ده یه رلی قوناقلاریمیز اوز وبلاقیزا (صحیفه نیزه) خوش گلیبسیز. او گوندن کی اینترنتده آنا یوردوموزون گوزل رقصلری ساحه سینده گنیش بیلگی  تاپا بیلمدیم بو صحیفه نی قورماق اساس مقصدیم اولدو. حال حاضیردا قوللوقوزدایام. اکسیک نوتالار وارسا سوینجله اشیدمه یه حاضیرام. الیزده قایناقی بللی اولان بیلگیلر وارسا هامئلیقجا برابر پایلاشاق. عنعنه لریمیزی بیز قوروماساق بس کیم قورویاجاق؟

Dear Visitor:

This site opens doors to the world of Azerbaijani dances. We work to bring some of the beauty and grace of Azerbaijan by means of dance. Every performance is a celebration of our freedom and pride in being Azerbaijani as well as our joy in the beauty of peoples around the world.

Music is the second and world wide language of Azerbaijani people. The varieties of Azerbaijani dances are as much as its wide range music. It is clear that dance goes its gradual perfection way and contemporary Azerbaijani dances by saving their noble Caucasian frame are so wide that is beyond of weblog page capacity. In this site we only will write about folk dances. This site is the most complete reference about Azerbaijani dances. If there are any sources let us know! 

 

موسیقی زبان دوم و جهانگیر آذربایجانی­ها است. تنوع رقصهای آذربایجان نیز به اندازه طیف وسیع و فراگیر موسیقی آن است. در این صفحه صرفا به رقصهای فولکلوریک پرداخته شده است. بدیهی است که رقص تکامل تدریجی خود را میپیماید و رقصهای معاصر آذربایجانی با حفظ چهار چوب اصیل قفقازی خود آنچنان گسترده و متنوع هستند که خارج از حوصله یک وبلاگ میباشد.

 

 

GƏDİM AZƏRBAYCAN XALQ RƏQSLƏRİ

AZERBAIJANI OLD FOLK DANCES

رقصهای فولکلوریک قدیمی آذربایجان

1 -  آبایی (Abayı)

1- Abayı: Bü rəqs şəki-zaqatala zonasında yaranmışdır. Bu yerlərdə ahıl qadına "Abay" deyirlər. Onü əsas etibarilə ahıl adamlar ham qadınlar, hamda kişilər öynayırlar. Rəqsin melodiyasını Şəku musiqiçiləri yaratmışlar. Bir qədər  mübaliğəli, qülməli  rəqsdir. Rəqsin tempi aramdır. Bir zaman Şəkidə "Abayı" rəqsini kollektive surətdə oynayırdılar. Sonralar solo raqsinə çevrilmişdir. "Abayı"nı solo rəqsi kimi 3-4 adam birdən, həm də hər kəs özi üçün yeni oynadaşı ilə zahiri əlaqəsi olmadan oynayır.

1- Abayi [of middle age]: This kind of dance is mostly popular in Sheki-Zagatala area. In this area middle-aged people are called "Abayi" and this kind of dance is generally performed by middle-aged men or women. Creators of the melody of this dance are the Sheki composers. It's a little exaggerating and funny and has a slow dancing tempo. This kind of dance used to be performed in group formerly, but later on changed to an individual dance.

1- آبايی: این رقص در منطقه شکی و زاقاتالا آفریده شده است. در این منطقه به افراد میانسال "آبای" گفته میشود. این رقص عموما توسط مردان یا زنان میانسال اجرا میشود. آفریننده ملودی این رقص، آهنگ سازان شکی میباشند. کمی اغراق آمیز و کمیک است. سرعت رقص آرام است. این رقص قبلا در شهر شکی بصورت دسته جمعی اجرا میشد. بعدا تبدیل به رقص انفرادی شد.

2 -  آذربایجان (Azərbaycan)

2- Azərbaycan: Son dərəcə melodık, qədim rəqsdir. Onu yalnız kişilər oynayırlar. Təntənəli mərasimlərdə ifa edilir. Daha çox bayram libasında, çərkəzi çuxada oynayırlar. Xeyli cəld tempi ifaçıdan xususi məharət tələb edir.

2- Azerbaijan: It is an old and extremely melodious dance. This dance is performed only by men. It is performed at the pompful celebrations and the dancers wear festival clothes or Cherkesi cloak. It has a very fast rhythm, so the dancer must have inherent skill.

2- آذربایجان: رقصی قدیمی و بی اندازه ملودیک است. این رقص فقط توسط مردان اجرا میشود. در مراسم پرطمتراق و بیشتر در لباس عید یا ردای چرکسی اجرا میشود. ریتم بسیار سریع آن از مجری رقص مهارت ذاتی میطلبد.

3 -  آستا قاراباغی (Asta Qarabağı)

3- Asta Qarabağı: bu rəqs Qarabağda yaranıb. Rəqsin hərəkət düzümləri sabitdir, aram hissədə yerindəcə, sonra isə bir qədər tərpənişlə ifa olunur. Rəqsin tempi aramdır.

3- Asta Karabagi [slow Karabagi]: This kind of dance is created in Karabag. Its arrangement of movements is fixed and it has a slow dancing tempo.

3 -  آستا قاراباغی: این رقص در قره باغ بوجود آمده است. ترتیب حرکات رقص ثابت و سرعت آن آرام است.

4 -  آسما کسمه (Asma kəsmə)

4- Asma Kəsmə: ən qədim ənənəvi toy rəqslərindən biridir. Ona qörə belə ad verilib ki, musiqinin sədaları altında gəlini bəyin evinə gətirirlər. Qəlini muşayiət edən qadınlar isə onun qarşısında oynayırlar. Rəqsin tempi aramdır, bir qədər mubaliqəli, sıçrayışlı şəkildədir.

4- Asma Kasma [hanging cutting]: It is one of the oldest dances which is current in marriage. Its name comes from music by the name of "Asma-Kasma" and they use this music when they escort the bride to the bridegrooms' home and women dance in the opposite of the bride. Its velocity is slow and a little exaggerative and full of jumps.

4 -  آسما کسمه: از جمله قدیمیترین رقصهای مرسوم در عروسی میباشد. نام گذاری آن به این دلیل است که عروس را به همراه صدای موسیقی "آسما کسمه" به خانه داماد میآورند وبا آن زنان مشایعت کننده عروس در مقابل او میرقصند. سرعت رقص آرام است. کمی افراط آمیز و بشکل پرشی است. 

5 -  آغیر قاراداغی (Ağır qaradağı)

5- Ağır Qaradağı: Qaradağda yaranmış rəqs melodiyasıdır. Şəki və Zaqatalada geniş yayılmışdır. Aram tempdə ifa olunur.

5- Agir Karadagi [heavy Karadagi]: It is melody of a dance that is created in Karadag. It is very popular in Shaki and Zagalata and performed slowly.

5 -  آغیر قاراداغی: ملودی رقصی است که در قره داغ آفریده شده است. در شکی و زاقاتالا بسیار مرسوم است. سرعت اجرای آن آرام است.

6 -  آلچاگولو (Alça gülü)

6- Alça gulu: 1910-1920 inci illərdə, şamaxı rayonundaki Kalva kəndinin sakini Ali kərimov tərəfindən yaranmışdır. Əsasən qadınlar oynayarlar. Tempi bir qədər cəlddir.

6- Alcha gulu [plum flower]: It is created in the middle of the years 1910-1920 in Shaki area by Mr. Ali Karimov who lived in Kavala village. It is performed by women and has a little quick dancing tempo.

6 -  آلچاگولو: در سالهای 1910 تا 1920 در ناحیه شاماخی و توسط علی کریم اف ساکن روستای کاوالا آفریده شده است. در اصل توسط خانمها اجرا میشود. سرعت آن کمی سریع است.

7 -  آواری (Avarı)

7- Avarı: Azərbaijanda yaşayan avarlara mənsubdur. "Avarı" rəqsi Azərbayçanlılar arasında da geniş yayılmışdır. Üç hissəsi vardır. Rəqsin melodiyası aram aram başlayır. Sonradan tempı artırır, orta templə keçir, nəhayat, Lezqinka ritmində cəld səslənən tempramentli rəqsə çevrilir. Zaqatalada da bu rəqs "Tala" da deyilir. "Avarı"nın qadın ifasının melodiyası kişi rəqsinin melodiyasından fərqlənir. Şəkidə solo ifa olunur. Zaqatalada solo yada kollektiv surətdə ifa edilir.

7- Avari [of Avari]: It is appointed to the Avari people who live in Azerbaijan. "Avari" dance is very popular in Azerbaijan. It consists of three parts. At first it is slow, and little by little becomes faster, and at the end part it changes to the quick rhythm of the Lazginka music.

7 -  آواری: منصوب به آواری های ساکن آذربایجان میباشد. رقص آواری بطور گسترده ای بین آذربایجانیها متداول است. از سه قسمت تشکیل شده است. در ابتدا آرام بوده و به تدریج بر سرعتش افزوده شده و در نهایت به ریتم سریع لزگینکا میرسد.  

8 - آی بری باخ (Ay bəry bax)

8- Ay bəri bax: yalnız qadınlar tərəfindən ifa olunan ən qədim rəqslərdəndir.

8- Ay bari bakh [look at me]: It is one of the oldest dances that is performed only by women.

8 - آی بری باخ: از جمله قدیمیترین رقصها میباشد که فقط توسط خانمها اجرا میشود.

9 -  انزلی (Ənzəli)

9- Ənzəli: təqriban 1880-1890 inci illərdə Bakıda yaranmış rəqs melodiyasıdır. İfa tərzi aram, suzgundur, melodiyasının səslənmə xarakterinə görə "goca yanadır". "Ənzəli" ənənəvi rəqsdir. Onu toyun əvvəlində oynayır lar. "Ənzəli"ni əsasən yaşlı adamlar oynayırlar, lakin onu cavanlarda ifa edə bilərlər.   

9- Anzali [a name]: It is the melody of a dance which is almost created in the years 1880-1890 in Baku. It is performed slowly and for this reason it is suitable for old people. "Anzali" dance is a traditional dance. It is performed at the first of the marriage. In origin the old people perform this dance. But the young people besides can perform it.

 9 -  انزلی: ملودی رقصی است که تقریبا در سالهای1880 تا 1890 در باکو آفریده شده است. نحوه اجرای آن آرام و بدلیل خصوصیت اجرای ملودی، بیشتر برای افراد مسن مناسب است. "انزلی" رقصی سنتی است. در ابتدای عروسی اجرا میشود. رقص "انزلی" را در اصل افراد مسن اجرا میکنند ولی جوانها هم میتوانند آنرا اجرا نمایند.     

10-  اوچ بادام بیر قوز (Üç badam bir goz)

10- Üç badam bir qoz: "Üç badam bir qoz" rəqsi qədimdə Şəkidə yaranıb. Mahnı mətni olub. Ohun mahnıcını vaxtilə Cabbar Qaryağdı oğlu və Ələsgər Abdullayev kimi mahir müğənnilər oxuyublar.

10- Ouch badam bir goz [three almond, one walnut]: It is created at ancient times in Shaki and it is fulfilled inclined to song. At that time, its composition has sung by skilful singers like Jabbar Garayaghdi and Aliasgar Abdollayof.

10-  اوچ بادام بیر قوز: در زمانهای قدیم در شکی آفریده شده است. همراه با آواز ایفا میشود. تصنیف آنرا در آن دوره  خوانندگان توانایی همچون جبار فرزند قارایاغدی و علی عسگر عبدالله یف خوانده اند. 

11- اوچ نومره. دورد نومره. بش نومره. آلتی نومره. (3 nümrə. 4 nümrə. 5 nümrə. 6 nümrə.)

11- 3 nümrə. 4 nümrə. 5 nümrə. 6 nümrə.: bunların hamısı 20-inci illərin ikinci yarısında Bakıda meydana çıxan rəqs melodiyalarıdır. Bu rəqslər, xususən "5 nümrə" və "6 nümrə" indi də məşhurdur. "3 nümrə" və "5 nümrə" kimi aram templi, həzin rəqsləri yalnız qadınlar oynayırlar. "4 nümrə" və "6 nümrə" isə nisbətən cəld templi, həm kişilərin, həm də qadınların oynadıqları səlis rəqslərdir.

11- Ouch noumra. dourd noumra. besh noumra. alti noumra. [no.3. no.4. no.5. no.6.]: All of them are melody of dances which are appeared in the second half of 1920 decade in Baku. This dances, specially no.5 and no.6 are still famous. No.3 and no.5 dances which have slow dancing tempo and doleful melody are performed by women. No.4 and no.6 dances have a little fast tempo and those are fluent dances which are performed by women and men.

11- اوچ نومره. دورد نومره. بش نومره. آلتی نومره.: همه اینها ملودیهای رقص هستند که در نیمه دوم سالهای 1920 در باکو پا به عرصه ظهور نهاده است. این رقصها بخصوص "بش نومره" و "آلتی نومره" هنوز هم مشهورند. رقصهای "اوچ نومره" و "بش نومره" را که تمپو آهسته و ملودی حزین دارند خانمها اجرا میکنند. "دورد نومره" و "آلتی نومره" نیز تمپو نسبتا سریعی دارند و رقصهای سلیسی است که هم توسط مردان و هم توسط زنان رقصیده میشود.   

12- اوزون دره (Uzundərə)

12- Uzundərə: olduqca cazibəli, zərif və lirik ifadəli rəqsdir. Onu təkcə Azərbaycanda deyil, həm də gürcustanda və Ermənistanda da ən sevimli rəqslərdən biri hesab edirlər. Qarabağda, Ağdamla Göytəpə kəndi arasında bir dərə var, adına "uzundərə" deyirlər. Bu rəqs məhz həmin dərəyə həsr olunub. 

12- Ouzoundara [long valley]: It is an extremely attractive, elegant and lyric dance. This dance with the exception of Azerbaijan is popular and lovely in Georgia and Armenia too. There is a valley between Agdam and Goytapa village in Garabagh area by the name of "Ouzoun dara". This dance is merely confined to this valley.

12- اوزون دره: رقصی است بینهایت جذاب، ظریف و لیریک. این رقص نه تنها در آذر بایجان بلکه در گرجستان و ارمنستان نیز از جمله رقصهای دوست داشتنی محسوب میشود. در قره باغ و بین آقدام و روستای گوی تپه دره­ ای وجود دارد که آنرا "اوزون دره" مینامند. این رقص صرقا منحصر به این دره میباشد.  

13- اون دورد نومره (On dörd nümrə)

13- On dörd nümrə: Rəqsin sıra nümrəsidir. Onu kişilər və qadınlar oynayırlar. Rəqs mulayim, aram tempdə, həzin tərzdə gedir.

13- On dord noumra [no. 14]: Reason of this christening is its range number. This dance is performed by men and women. Dance is performed mild, slowly and in month state.

13- اون دورد نومره: این نام گذاری (شماره 14) به دلیل شماره ردیف رقص است. این رقص توسط مردان و زنان اجرا میشود. رقص ملایم، با سرعت آرام و به نحو حزین اجرا میشود.

14- ایکی آروادلی (İki arvadlı)

14- İki arvadlı: Bu məzəli rəqs Şəki rayonunda qaradağlı kəndində yaradılmışdır. Kişilərin ifa etdikləri bu rəqs məzəli xarakter daşımış və satirik planda oynanılarmış.

14- Iki arvadli [man who have two women]: This comic dance is created in Karadagli village in Shaki area. It is performed by men.

14- ایکی آروادلی: این رقص کمیک در منطقه شکی و در روستای قاراداغلی آفریده شده است. توسط آقایان اجرا میشود.

15- بریلیانت (Birilyant)

15- Birilyant: bu rəqsin iki variyantı var. Biri 1920-22 inci illərdə Bakıda yaranıb. Tempi cəlddir, melodiyası son dərəcə oynaqdır. Kişilər tərəfindən ifa olunur. Digər variyant yalnız qadın ifasi üçündür. Melodiyası incədir, ahənqdar səslənir. tempi aramdır.

15- Birilyant [Brilliant]: This dance has two different kinds. One of them is created in Baku in the years 1920-1922. Its music tempo is fast and its melody is extremely sensational. This one is performed by men. The second one is only for women. Its music is performed elegant and melodious. Its velocity is slow.

15- بریلیانت: آین رقص دو نوع متفاوت دارد. اولی در سالهای 1920 الی 1922 در باکو آفریده شده، تمپو آن سریع بوده  و ملودی آن بی اندازه پر شور است. توسط مردان اجرا میشود. نوع دیگر آن فقط برای اجرای خانمها است. ملودی آن ظریف و آهنگداراجرا میشود. سرعت آن آرام است.       

16- بنووشه (Bənüvşə)

16- Bənövşə: olduqca zərif rəqsdir. Rəqs əsasən qadınlar tərəfindən həm aram, həm də cəld tempdə ifa olunur. 1910 inci ildə yaranmışdır.

16- Banovshe [violet flower]: It is a very elegant dance. In origin this dance is performed by women in two different forms: slow and fast. It is created in 1910.

16- بنووشه: رقصی است بسیار ظریف. این رقص در اصل توسط خانمها هم بصورت آرام و هم با سرعت تند اجرا میشود. در سال 1910 آفریده شده است.

17- پهلوانی (Pəhləvanı)

17- Pəhləvanı: Gənc pəhləvanlara həsr olunmuş qədim rəsdir. O, Şəki rayonunun dağlarında meydana çıxmış və Abillah Cəfərov tərəfindən işlənilmişdir. Olduqca cəld hərəkətli, son dərəcə dinamik rəqsdir. Pəhlivanlar burada öz gücünü göstərməkdən daha çox, məharətini, gəncliyə xas olan qoçaqlığını numayiş etdirməyə çalışırlar. Respublikanın bir çox rayonlarında ifa olunur.

17- Pahlavani [heroic]: It is an old dance which is special for young heroics. This dance is produced in the mountains of Shaki area. Its composer was Abillah Jafarof. It is a dance with very fast movements and extremely dynamic. In this dance the skill and agility of youth is shown more than the power of heroic. It is performed in most areas in Azerbaijan.

17- پهلوانی: رقصی قدیمی است که مختص پهلوانان جوان است. این رقص در کوههای منطقه شکی پا به عرصه گذاشته و آهنگساز آن آبیلله جعفراوف بود. رقصی است با حرکات بسیار سریع و بینهایت دینامیک. پهلوانان در این رقص بیش از اینکه قدرت خود را به نمایش بگذارند بیشتر مهارت و چابکی جوانی در معرض دید قرار میدهند. این رقص در بیشتر مناطق آذربایجان اجرا میشود.    

18- تامارا (Tamara)

18- Tamara: təqribən 1916-1917-nci illərdə Bakıda yaranıb. Rəqsə bu ad toylarda Azərbaycan rəqslərini ifa edən məşhur Calyanlı rəqqasə Tamaranın şərəfinə verilmişdir. Olduqca cazibədar, lirik rəqsdir, əsasən qadınlar tərəfindən, çox hallarda həm də kişilər tərəfindən aram tempdə ifa olunur. Rəqs muğam oxunması ilə başlanır.

18- Tamara [a name]: It is almost created in the years 1916-1917 in Baku. This christening is in honor of a famous ingenious from Salyan by the name of Mrs.Tamara who was executes of Azerbaijani dances at the marriages. This dance is very attractive and lyric. In origin it is performed by women but at the most times it is performed by women and men with slow dancing tempo. This dance is started by Mugam song.        

18- تامارا: تقریبا در سالهای 17 -191۶ در باکو آفریده شده است. نام گذاری این رقص به افتخار هنرمند مشهور اهل سلیان و ایفاگر رقصهای آذربایجان در عروسیها، خانم تامارا بوده است. این رقص بسیار جذاب و لیریک بوده و در اصل توسط خانمها و در بسیاری از مواقع توسط خانمها و آقایان با تمپو آرام اجرا میشود. رقص با آواز موسیقی مقامی آغاز میشود.  

19- توی رقصی (Toy rəqsi)

19- Toy rəqsi: Naxcivanda oynanılan qədim, ənənəvi rəqsdir. Bəy və gəlinin cavan qohumları bu rəqsi gəlini aparan faytonun qabağında oynayardılar. Rəqs "yallı" tiplidir, yan-yana addımlı cəld rəqsdir. Oynayanlardan çoxunun əlində yanar məşəl olardı.

19- Toy ragsi [wedding dance]: It is an old and traditional dance in Nakhjavan. Young relatives of bride and bridegroom perform this dance equivalent amount of bride's carriage. This dance is like Yalli dance. They take steps quickly to one direction and most of them carry a burning torch.

19- توی رقصی: رقص قدیمی، سنتی است که در نخجوان رقصیده میشود. اقوام جوان عروس و داماد این رقص را در مقابل درشکه ای که عروس را میبرد میرقصیدند. رقص شبیه "یاللی" است، قدمها به سرعت به یکسو برداشته میشود. در دست بیشتر کسانی که میرقصیدند مشعل سوزان بود.

20- توراجی (Turacı)

20- Turacı: gözəl dağ quşuna həsr edilmiş qədim, təqribən 19 uncu əsrin əvvəllərində aid olan rəqsdir. Azərbaycanın hər yerində geniş yayılmışdır. Həzin, qəlboxşayan musiqisi var. Rəqs bir növ turacın uçuşunu xatırladır. Rəqqasənin hər bir hərəkəti quşun uşuçunu, havada süzməsini xatırladır.

20- Touraji [francolin]: It is an old dance which is almost created at the beginning of nineteenth century. It is allocated to francolin which is a beautiful bird of prey in hilly. It has a doleful and agreeable music. This dance shows flight special manner of francolin. All of dancer's movements is remindful of francolin's flight and its strut in the sky.

20- توراجی: رقصی قدیمی است که تقریبا در اوایل قرن نوزدهم آفریده شده و به دراج پرنده شکاری زیبای کوهستانی اختصاص یافته است. موسیقی حزین و دلنوازی دارد. رقص تداعی کننده نحوه پرواز دراج است. همه حرکات ایفاگر رقص یادآور پرواز دراج و سیلان او در آسمان است.   

21- ته ره کمه (Tərəkəmə)

21- Tərəkəmə: bu çox qədim zamanlarda Azərbaycanda məskən salmış qəbilənin adıdır. Rəqsi Tərəkəmələrin özləri yaradıb. Demək olar ki, "Tərəkəmə" çox qədim rəqsdir. Eyni melodiyaya malik olan "Tərəkəmə" iki variyantda mövcuddur. "Tərəkəmə" indi də respublikanın bütün rayonlarında çox məşhurdur. Rəqs profesional və həvəskar rəqs ansambllarının repertuarında mövcuddur.

21- Tarakama [an Azerbaijani tribe name]: "Tarakama" is a tribe who were living in Azerbaijan since long time ago. They created it themselves. We can say that "Tarakama" is a very primitive dance. It has two kind performance but they have similar music. This dance is common in the most areas in Azerbaijan now and also it exists at programs of professional and amateur dance groups.

21- ته ره کمه: ترکمه نام قومی است که از دیربازساکن آذربایجان بودند. آفریننده رقص خود ترکمه ایها بودند. میتوان گفت که ترکمه رقصی بسیار قدیمی است. نحوه اجرای این رقص دو نوع میباشد ولی هر دو نوع موسیقی یکسانی دارند. هماکنون این رقص در بسیاری از مناطق آذربایجان متداول بوده  و همچنین در برنامه گروههای حرفه­ای و آماتور رقص موجود است.  

22- جامیش باغا گیردی (Camış bağa girdi)

22- Camış bağa girdi: Bu rəqsin adı, görünür, təsadüfi addır. Lakin ola bilər ki, rəqsin ağır, koppuş bir rəqqas tərəfindən ifa edildiyi vaxt onun dostları zarafatla "Camış bağa girdi" deyiblər. Rəqsin adı belə də qalıb. Hər halda Gəncədə bu qədim rəqs oynanılanda onun komik xarakteri həmin farziyyəyə dəlalət edirdi. Naxcivanda və Şahbuzda isə rəqsi məzəli xarakteri bir o qədər də gözə çarpmır. Burada ony əsasən ahil adamlar oynayırlar. Rəqsin hərəkətləri geniş, həm də sıçrayışlı tərzdədir. Rəqs Azərbaycanın bir çox rayonlarında geniş yayılmışdır.

22- Jamish bagha girdi [buffalo entered to garden]: From its name it is inferred that this christening is casual. It is probable that the first man, who has performed this dance, was a fat man and his joker friends have given this name to his dance. So this name has become staying. In any case, when this dance was performing in Ganje, its comic character was a proof for this theory. In Nakhjavan and Shahbouz its performance is not so very comic. In this area the old people usually perform this dance. Its movements are vast and in jumping form. This is custom in the most areas in Azerbaijan.     

22- جامیش باغا گیردی: از نام این رقص چنین برمیآید که نامی تصادفی است. احتمال دارد که اولین مجری آن شخصی چاق بوده و دوستان او به شوخی چنین نامی را به رقص داده اند. نام رقص نیز چنین ماندگار شده است. به هر حال وقتی این رقص قدیمی در گنجه رقصیده میشد کاراکتر کمیک آن دلیلی بر این فرضیه بود. در نخجوان و شاه بوز نحوه اجرای آن چندان کمیک نیست. در این منطقه معمولا افراد مسن این رقص را ایفا میکنند. حرکات رقص وسیع، وبه شکل پرشی است. این رقص در بسیاری از مناطق آذربایجان مرسوم است.

23- جنگی (Cəngi)

23- Cəngi: bəzən "Cəngi" cəngavərlik yerişini, meydana oxumanı, döyushə çağırışı ifadə edir. "Cəngi"nin yaranma tarixi çox qədimdir. "Cəngi" xarakteri cəhətdən eyni olan "Qaytağı", "Halay" kimi musiqi əsərləri qrupundandır.

23- Jangi [of war]: Some times this dance indicates walking special manner of warlike, declamation and calling to war. Creation of Jangi returns to past tens. Jangi for purposes of character is like Gaytaghi and Halay music works.

23- جنگی: گاهی رقص "جنگی" نحوه راه رفتن جنگاور، همآورد خواهی، دعوت به جنگ را تداعی میکند. آفرینش "جنگی" به گزشته های دور برمیگردد. "جنگی" به لحاظ کاراکتر همانند زمره آثار موسیقی" قایتاغی" و "هالای" میباشد.

24- جئیرانی (Ceiranı)

24- Ceyrani: İncə, qəşəng, lirik rəqsdir. Ona görə də rəqsə heyvanat aləminin ən gözəl incələrindən biri olan ceyranın adının vermişlər. "Ceyranı" ən qədim Azərbaycan rəqslərindən biridir. Şuşada meydana çıxmışdır. Rəqs orta tempdə gedir, əsasən qadınlar tərəfindən ifa olunur. Lakin bəzi rayonlarda, məsələn, Şəkidə onu kişilər də oynayır. Bu rəqs indi də məşhurdur.

24- Jeyrani [of deer]: It is an elegant, beautiful and lyric dance. For this reason they have chosen the name of the most beautiful and the most elegant animal, namely Deer for this dance. It is one of the oldest dances in Azerbaijan. It is created in Shusha. It has a moderate speed and in origin is performed by women but, in some areas like Shaki, it is performed by men too. This dance is famous now.

24- جئیرانی: رقصی است ظریف زیبا و لیریک. به همین دلیل به رقص نام زیباترین و ظریفترین جاندار یعنی جیران (گوزن) را داده اند. "جیرانی" از جمله قدیمیترین رقصهای آذربایجان است. در شوشا پا به عرصه ظهور نهاده است. رقص سرعت متوسطی دارد و در اصل توسط خانمها ایفا میشود. ولی در برخی مناطق مانند شکی توسط آقایان هم رقصیده میشود. این رقص اکنون هم مشهور است.  

25- جهری بییم (Cəhribəyim)

25- Cəhribəyim: yalnız qızlar və qadınlar tərəfindən ifa edilən kutləvi rəqsdir. Rəqs iki cərgəli şəkildə, iki qrupla ifa edilir. Oynayan qruplar tərəfindən növbə ilə ifa olunan hər kupletdən sonra hamı xorla ucadan "Cəhribayim" deyir. Rəqsdə gəlin, bəy, elçi, sağdış, soldış və başqaları iştirak edirlər.

25- Jahribayim [a girl name]: It is a collective dance which is performed only by girls and women. It is performed in two ranks by two crowds. After each couplet and in turn, crowds at the moment of dance and in manner of chorus, repeat "Jehribayim" with a loud voice. Bride, bridegroom, suitors, groomsmen and the other people enter in this dance.

25- جهری بییم: رقصی دسته جمعی است که فقط توسط زنان و دختران اجرا میشود. رقص در دو صف و توسط دو گروه اجرا میشود. گروه ها ضمن رقص، بعد از هر بند آواز به نوبت، با صدای بلند و بصورت کر "جهری بییم" را تکرار میکنند. در رقص، عروس، داماد، خواستگاران، ساغدوش، سول دوش و دیگران شرکت میکنند.

26- چاتتادی (Çattadı)

26- Çattadı: Şəki-Zaqatala zonasında yaranmış çox qədim rəqslərdən biridir. Aram, asta tempdədir, onu əsasən qadınlar, nadir hallarda kişilər oynayardı.

26- Chattadi [cracked]: It is one of the old dances which is created in Shaki-Zagatala. Its speed is slow and in origin it is performed by women but seldom, it is performed by men.

26- چاتتادی: از جمله رقص های قدیمی است که در شکی- زاقاتالا آفریده شده است. سرعت رقص آرام و آهسته است و در اصل توسط خانمها و در موارد نادر توسط آقایان اجرا میشد.

27- چال پاپاق (Çalpapaq)

27- Çalpapaq: belə papağı daha çox qocalar qoyardılar. Rəqs də onlara həsr olunub. Onu qocalar, yaşlı kişilər və qadınlar oynayırlar. Rəqs ağır templi gedir. Hərəkətlər ritmikdir, bir qədər mübaliğəli tərzdədir.

27- Chalpapag [name of special hat]: This hat is used only by old men. So this dance is limited to them. It is performed by old women and old men. Its speed is very slow and movements are rhythmic and a little exaggerated.

27- چال پاپاق: چنین کلاهی را فقط پیرمرد ها استفاده میکردند. رقص نیز منحصر به آنها است. این رقص توسط پیرها، افراد مسن و زنان رقصیده میشود. سرعت رقص خیلی آهسته است. حرکات ریتمیک و کمی به نحو مبالغه آمیز است. 

28- چیت تومان (Çit tuman)

28- Çit tuman: qrup halında ifa olunan mahnı və rəqsdir. Onu qadınlardan, çox vaxt cavan qadınlardan ibarət olan bir qrup oynajır. Rəqsin qəti müəyyənləşdirilmiş quruluş və ya şəkili olmayıb, hərə öz bacarığına görə oynamağa çalışıb, lakin hərəkətlərin xarakteri hamıda təqribən eyni olub. Rəqs keçən əsrin ikinci yarısında Naxcıvanda yaranıb və yaxın vaxtlara qədər burada ifa edilib. İndi bu rəqs barəsində yalnız arabir eşitmək olur.

28- Chit touman [chintz trousers]: It is a dance and song which is performed in collective manner. This dance is mostly performed by women and most times by young women. This dance doesn't have a special frame of movement. Everyone dances in the proportion of her talent. But movement's character of the all of dancers is similar. This dance is created at second half of past century in Nakhjavan and it has performed in this area until last parts.

28- چیت تومان: رقص و آوازی است که به شکل گروه اجرا میشود. این رقص عمدتا بصورت گروه توسط خانمها، و در بسیاری موارد توسط خانمهای جوان رقصیده میشود. ساختار حرکات رقص شکل و حرکات تعریف شده و معینی ندارد و هر کس به نسبت استعداد خود میرقصد ولی کاراکتر حرکات همه اجرا کنندگان یکسان است. این رقص در نیمه دوم قرن گذشته در نخجوان آفریده شده  و تا این اواخر در این منطقه اجرا شده است.

29- خالاباجی (Xalabacı)

29- Xalabacı: (qadın adıdır). Bu rəqsin daha iki adı var-"Ceyran bala","Qaçay bala". Eyni rəqs olsalar da, bu üç ad altında çox geniş yayılmışdır. Rəqs melodiyasının müəllifi-qarabağlı qarmonçalan Sona xanımdır. Rəqs bir qədər komik tərzdədir. Onu daha çox yaşlı kişilər və qadınlar oynayırlar. Bu rəqs geniş yayılmışdır və xeyli inkişaf tapmışdır.

29- Khalabaji [ woman name]: This dance has two other names too: "Jeyranbala" and "Gachaybala". These three names are in connection with one dance, bat it has become usual with this name. Melody's compiler of this dance is Mrs. Sona who was from Karabakh. Fulfillment's manner of this dance is a little comic. Mostly, old men and old women perform this dance. This dance is very usual now and it has become very completion.

29- خالاباجی: (نامی زنانه است). این رقص دو نام دیگر نیز دارد- "جیران بالا"، "قاچآی بالا". اگر چه هر سه یکی است ولی بیشتر با این نام متداول شده است. مولف ملودی این رقص خانم صونا اهل قره باغ میباشد. نحوه ایفای رقص کمی کمیک است. بیشتر، مردان و زنان مسن ایفاگر این رقص هستند. این رقص بطور گسترده ای متداول بوده  و تکامل فراوانی نموده است.    

30- خان­ چوبانی (Xançobanı)

30- Xançobanı: 17-18 əsrlərdə Şirvan ərazisində cənubdan gəlmiş bir qəbilə meydana çıxır. Özlərini Xançobanı qəbiləsi adlandırırlar. Onların şərəfinə adlandırılmış bu rəqs də qəbiləyə xas olan ruhdadır. Təqribən keçən əsrin axırlarında yaranmış "Xançobanı" sürətli tempdə, qızğın tərzdə, son dərəcə cəld, ahəngləşdirilmiş hərəkətlər düzümündə gedir. Onu yalnız kişilər oynayırlar.

30- Khan chobani [an Azerbaijani tribe's  name]: In 17-18 ages, a tribe who had come from south, dwelt in the lands of Shirvan. They named "Khanchobani" themselves. This dance that had become christening in honor of them, have a special atmosphere of tribe. This dance is almost created at the end of the past age. It is performed with fast dancing tempo, in exciting state, very fast and with harmonious arrangements of movements. This dance is performed only by men.

30- خان­ چوبانی: در قرون 18-17قبیله ­ای که از جنوب آمده بود در اراضی شیروان ساکن شد. آنها نام خود را "خان چوبانی" نامیدند. این رقص نیز که به افتخار آنان نامگذاری شده بود حال و هوای خاص قبیله را دارد. این رقص تقریبا در اواخر قرن گذشته آفریده شده است. "خان چوبانی" با تمپو سریع ، به نحو پر شور، بسیار سریع، وبا ترتیب حرکات هماهنگ اجرا میشود. این رقص را فقط مردان ایفا مینمایند.  

31- دارتما یاخام جیریلدی (Dartma yaxam cırıldı)

31- Dartma yaxam cırıldı: Komik rəqsdir. Tempi aramdır. Vaxtilə Şəkidə və onun ətraf yerlərində yayılmışdır. İndi unudulub. "Dartma yaxam cırıldı" mahnidi, onun melodiyası ilə rəqs edərdilər.

31- Dartma yakham jirildi [do not pull my collar, it torn]: It is a comic dance. For some time it was popular in Shaki and its sides. It is forgotten now. "Dartma yakham jirildi" was a song that they dance with its melody.

31- دارتما یاخام جیریلدی: رقصی است کمیک. زمانی در شهر شکی و منطق اطراف آن متداول بود. اکنون فراموش شده است. " دارتما یاخام جیریلدی" آهنگی بود که با ملودی آن میرقصیدند. 

32- دارچینی (Darçını)

32- Darçını: Mubaliqəli aram tempdə səslənən rəqsdir. Onun quvvətli hissəsində zərblər və vurğu larin səsi aydın seçilir

32- Darchini [of cinnamon]: It is a dance with a slow and exaggerating melody. In strong part of this dance, you can openly distinguish measures and rhythms.

32- دارچینی: رقصی است که ملودی آن آرام و اغراق آمیز است. در بخش پرقدرت رقص صدای ضربها و کوبشها بوضوح قابل تشخیص است.   

33- دسمالی (Dəsmalı)

33- smalı: 1932 nci ildə Naxcıvanda Tarzən Nəsir Nəsirov tərəfindən yaradılan rəqs melodiyasıdır. Son dərəcə oynaq, şən, coşğun tempdə gedən rəqsdir. Rəqsi, əsasən qızlar ifaedirlər. Naxcıvanda onu hərdən bir oğlanlar da oynayırlar. "Dəsmalı" rəqsi vaxtilə respoblikada, xususən Bakıda geniş yayılmışdır. 

33- Dasmali [of handkerchief]: Melody of this dance is made in 1932, by a Tar (folk instrument) player from Nakhjavan by the name of Nasir Nasirof. It is played very nimble, glad and with sensational tempo. In origin this dance is performed by girls, but in Nakhjavan it is sometimes performed by boys. "Dasmali" dance was very popular and current in Azerbaijan especially in Baku in its time.

33- دسمالی: ملودی این رقص در سال 1932 توسط تار زن اهل نخجوان، نصیر نصیراف ساخته شده اشت. بسیار چالاک، شاد، و با تمپو پرشور نواخته میشود. در اصل این رقص توسط دختران اجرا  میشود. در نخجوان گاهی توسط پسرها نیز اجرا میشود. رقص "دسمالی" در زمان خود بطور گسترده ای در آذربایجان و بخصوص در باکو مرسوم بود. 

34- رنگی (Rəngi)

34- Rəngi: Çox qədim qadın rəqsidir, Gəncədə yaranıb. Onun tempi aramdır. Hərəkət genişliyi, rəqsin şəklinin rəngarəngliyi ona xas olan səciyyəvi cəhətlərdir. Gec-gec olsada Naxcıvanda bu rəqsi hələ də oynayırlar.

34- Rangi [a name]: It is one of the oldest dances of women which is created in Ganjeh. Its speed is slow. Extent of movements and variety of the form of dance give a especial quality to this dance. This dance –although at long- is performed in Nakhjavan now.

34- رنگی: رقص بسیار قدیمی خانمهاست که در گنجه آفریده شده است. سرعت آن آرام است. وسعت حرکات و تنوع اشکال رقص، ویژگی خاصی به این رقص میبخشد. اگر اجرای آن به ندرت است ولی هنوز هم این رقص در نخجوان اجرا میشود.

35- زغالی (Zoğalı)

35- Zoğalı: çox qədim rəqsdir. Şəkidə yaranıb, aram, həzin və lirik səslənir. Onu yalnız qadınlar, çox zaman gənc qadınlar ifa edirlər. "Zoğalı" mahnıli rəqsdir. Təəssüf ki, onun nə mətni, nə də ki, melodiyasını hazır da heç kimsə xatırlaya bilmir, yadda ancaq rəqsin adi qalıb. 

35- Zoghali [a name]: It is an old dance which is created in Shaki. Its melody is slow, month and amorous. This dance is performed only by women, especially young women. "Zoghali" dance is performed accompanied by popular song. Unfortunately, nobody remembers its melody or poems now. Just its name is stayed in their minds.

35- زغالی: رقص بسیار قدیمی است. در شکی آفریده شده است. ملودی آن آرام، حزین و لیریک است. این رقص را فقط خانمها مخصوصا خانمهای جوان اجرا میکنند. "زغالی" به همراه تصنیف اجرا میشود. متاسفانه نه متن شعرها و نه ملودی آنرا کسی به خاطر نمیآورد. فقط نام رقص در اذهان مانده است. 

36- ساری باش (Sarıbaş)

36- Sarıbaş: cəld tempdə ifa olunan qədim rəqsdir. Qax rayonunda çox məşhurdur. Burada onu həm kişilər, həmdə qadınlar ifa edirlər. Rəqs öz hərəkət düzümü cəhətdən mürəkkəb deyildir, ona görə də onu cavanlar da, qocalar da oynayırlar.

36- Saribash [a name]: It is an old dance which is performed with fast tempo. It is very famous in Gakh area. It is performed by men and women in this area. This dance doesn't have a difficult arrangement of movements and for this reason it is performed by young and old people.

36- ساری باش: رقصی است قدیمی که با تمپو سریع اجرا میشود. در منطقه قاخ بسیار مشهور است. در این منطقه توسط مردان و زنان اجرا میشود. رقص از لحاظ ترتیب حرکات پیچیده نمیباشد به همین خاطر هم توسط جوانان و هم توسط افراد مسن اجرا میشود.

+ یازانی مسعود در 85/08/08 و ساعت |